Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) növbəti uğura imza atıb.
BŞH-dən Milli.Az-a verilən məlumata görə, Klubun sadiq nümayəndəsi Telman Hacıbutayev və digərləri dayanıqlıq, iradə və mübarizlik keyfiyyətlərini özündə cəmləşdirib bir daha komanda işi və ruh yüksəkliyini nümayiş etdirmək imkanına malik olduqlarını sübut edərək Bazardüzü zirvəsini fəth ediblər.
Qeyd edək ki, Bazardüzü Azərbaycanın ən hündür zirvəsi olub (4466m) Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsi olan Bazardüzü üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından alıb.
Zəfər Tağı
Milli.Az