Rusiyanın paytaxtı Moskvadakı "Şyolkovskaya" metro stansiyasının yaxınlığındakı "Mandarin" ticarət mərkəzində qalmaqal yaşanıb.
Milli.Az bildirir ki, Rusiyanın tanınmış bloqerlərindən olan Svyatoslav Kovalenko mərkəzdəki dükanlardan birində çəkiliş apararkən aqressiv davranışla qarşılaşıb.
Dükan sahibi olan azərbaycanlılarla burada çalışan soydaşlarımız çəkilişlərə hər vəchlə mane olmağa çalışıblar.
Dükan sahibi isə "Çəkməyin bizi, qırın ə, o kameranı!" deyib.
Milli.Az