İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaragüvəndikli kəndində motosikletin yoldan çıxaraq aşması nəticəsində yerli sakinlər - 1965-ci il təvəllüdlü Həsənov Mirələm Həsən oğlu və 1977-ci il təvəllüdlü Tağıyev Fəzail Nəriman oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb. (report)