Almaniya hökuməti İraq və Suriyada İŞİD terror təşkilatından təmizlənən bölgələrin bərpası üçün 100 milyon avro vəsait ayıracaq.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin açıqlamasına görə, bu pul İŞİD-dən təmizlənən həmin bölgələrə xalqın geri dönməsi üçün elektrik, içməli su, yol və körpü kimi layihələrin həyata keçirilməsi üçün ayrılacaq.
Açıqlamada deyilir ki, vəsaitin 90 milyon avrosu İraqa, 10 milyon avrosu isə Raqqa və Deyrizor bölgələri üçün nəzərdə tutulub.
Günay Elşadqızı / METBUAT.AZ