"İlk olaraq Basqal qoruğunu turizm mərkəzinə çevrilməsi cənab prezidentin göstərişidir".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmidt deyib.
Onun sözlərinə görə, bu planlaşdırma gözə çarpacaq dərəcədə sürətli aparılacaq: "Basqalın yenidən qurulması barədə göstəriş cənab prezident tərəfindən verilib. Basqalı insanlar tərk edib və orada hər hansı fəaliyyətlə məşğul olmurlar. Biz orada kəlağayı sənayesinin yenidən canlanmasına xüsusi diqqət yetirəcəyik. Çalışacayıq ki, Basqalda davamlı inkişafın əsaslarını qoyaq və insanlar burada qalaraq bizneslə məşğul olsunlar. Basqalın daha böyük turistik məkana çevrilməsinə nail olmaq üçün maliyyə imkanlarından daha dəqiq isifadə önəmlidir. Yeni turizm strategiyası özündə turizmin bütün sahələrini əks etdirir. Bizim fəaliyyətimiz dövlət tərəfindən maliyyələşdirilir. Ayrılan maliyyənin böyük hissəsi isə Azərbaycanın xarici ölkələrdə təbliğ olunmasına xərclənəcək. Turistlərin artması yerləşmə məsələsini ortaya qoyur ki, hazırda bu istiqamətdə işlər görülür. Təkcə Bakıda deyil, Azərbaycanın bir çox turistik regionlarında yaradılacaq otellər xarici turistlərin istirahətinə yönələcək. Eyni zamanda, azərbaycanlı turistlər də bu xidmətlərdən istifadə edə biləcəklər".
O bildirib ki, yaxın vaxtlarda Turizm bürosunun Almaniya, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri açılacaq.
Könül