ABŞ prezidenti Donald Tramp İstanbul baş konsulluğunda yoxa çıxan və qətlə yetirildiyi iddia edilən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
"Qafqazinfo"nun "Posta"ya istinadən məlumatına görə, Ağ Ev rəhbəri Türkiyədən Qaşıqçı ilə bağlı video və səs yazısı istəyib.
Xatırladaq ki, Tramp daha əvvəl açıqlamasında Qaşıqçı məsələsi ilə bağlı "Məni maraqlandıran jurnalistin yoxa çıxmasını kral və vəliəhd şahzadənin bilib-bilməməsidir. Əgər məlumatları olubsa, bu, çox pisdir" demişdi.
Milli.Az