Rusiyanın tanınmış"Маша и медведи" qrupunun keçmiş solisti, müğənni Mariya Makarova döyülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ifaçının yaşadığı Moskva şəhərində baş verib. 

Məlum olub ki, Mariyanın qonşusu, əməkdar incəsənət xadimi Aleksandr Külgin problemlə üzləşib. Belə ki, xanımı vəfat edən musiqiçinin mənzilinin yarısının başqa şəxslərə məxsus olduğu ortaya çıxıb. 

Həmin insanlar dəfələrlə A. Külginin evinə hücum edərək onu evdən çıxarmaq istəyib. Bunu bilən M.Makarova əməkdar incəsənət xadiminin keşiyinə qalmaq qərarına gəlib, onu evində qoruyub. 

Bu zaman Külginlə problem olan şəxslər yenə mənzilə gələrək musiqiçi ilə mübahisə edib, Mariyanı döyməyə başlayıblar. 

Milli.Az