Azərbaycanda ilin sonunadək yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul ediləcək.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Federasiyasının (AAF) Baş katibi Anar Şükürov bildirib.

Onun sözlərinə görə, bu proqrama maraq çox böyükdür: "Bu, ölkədə yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində böyük və dəyişiklik özündə əks etdirən proqramdır. İlkin mərhələdən hüquqi məsələlər müzakirə olunub və çox güman ki, ilin sonunadək qəbul ediləcək". 

Qeyd edək ki, yeni Dövlət Proqramının qəbulundan sonra ölkədə avtomobil yollarında qəzaların sayının, eləcə də yol-nəqliyyat hadisələri zamanı ölən və yarananların sayının kəskin azalacağı gözlənilir.

İlkin İzzət
Milli.Az