Bakıda divar uçub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.

Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.

Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.

Milli.Az