Taylandda keçirilən "Phuket" festivalı başlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, festival qəribə görüntülərə səbəb olub. Festival müddəti ərzində ət yemək, içki içmək, qumar oynamaq və sekslə məşğul olmaq qadağandir.

Festival iştirakçıları 9 gün bu qadağalara boyun əyərək Tanrılarına və adətlərinə bağlı olduqlarını sübut edirlər. İştirakçılar yanaqlarına iynə, dəmir çubuq, bıçaq və qılınc keçirirlər.

"Phuket" festivalı taoistlərin "9 Tanrı" festivalı da adlandırılır. İştirakçılar 9 gündən sonra ruhən və cismən sağlam olmağa ümid edirlər.

Milli.Az