Bu kiçik, darısqal, sadəcə bir otağı və vanna otağı olan "mənzil"in aylıq kirayə haqqı 1500 dollardır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mənzil Londonun şimalındakı Hempsted səmtinin mərkəzində yerləşir. Bu küçədəki evlər həddən artıq bahadırj. Məsələn, Hempsteddə 5 yataq otağı olan evin minimal qiyməti 5 milyon dollardır.

Kirayəyə verilən "mənzil"in vanna otağıında çox kiçik əl-üz yuyan və duş var.

"Mənzil"in eyvanı, qonaq və ya yataq otağı yoxdur, çünki özü cəmi 8 kvadrat metrlik sahəyə malikdir.

Milli.Az