Şəhid hərbi qulluqçuların vərəsələrinə veriləcək birdəfəlik ödənişlərlə bağlı işlər sürətləndirilib.

Milli.Az bildirir ki, hazırda şəhid hərbi qulluqçuların yaxınlarının sənədlərinin notariuslar tərəfindən yoxlanılaraq vərəsəlik şəhadətnamələrinin təqdim edilməsi aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Himalay Məmişov deyir ki, müəyyən qrup şəhid hərbi qulluqçuların vərəsələri artıq birdəfəlik ödənişi əldə edib. 1997-ci ildə qanunvericiliyə edilən dəyişiklik şəhid hərbi qulluqçuların və onların vərəsələrinin əhatə dairəsini konkretləşdirib.

Şöbə müdirinin sözlərinə görə, mövcud qanunvericilik, əvvəllər ödəniş əldə etmiş vərəsələrə yenidən müraciət etmək imkanını məhdudlaşdırır. Vərəsəlik hüququ əldə etmiş vətəndaşların 84 faizi nazirliyin elektron sistemi üzərindən yoxlanış aparıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şəhid vərəsələrinə veriləcək birdəfəlik ödənişlərlə bağlı işlər sürətləndirilib