Bolqarıstan İsraildə keçirilən "Eurovision- 2019" mahnı müsabiqəsində iştirakdan imtina edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin ictimai kanalı məlumat yayıb. 

Bildirilib ki, Bolqarıstan maliyyə problemlərinə görə, Təl-Əvivdə keçirilən yarışmada iştirak etməyəcək. 

Xatırladaq ki, sözügedən ölkə müsabiqəyə 2005-ci ildə qatılıb.  Ən böyük nəticəni isə 2017-ci ildə əldə edib (Christian Kostov, 2-ci yer). 

Milli.Az