Son zamanların məşhurlaşan internet tətbiqi “Tiktok”da səs-küyə səbəb olacaq bir video paylaşılıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Yusuf Saba adlı bir istifadəçi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünün qarşısında təhqir edici sözlər deyərək, büstə vurduğu görülüb.
Qısa müddətdə sosial mediada yayılan videoya çox sərt reaksiyalar gəlib. Vətəndaşlar bu videonu yayımlayan şəxsin tezliklə tapılıb, cəzlandırılmasını tələb edib. Tvitterdə “Atayauzananelikırarız” formasında yayılan haştag qısa müddətdə birinci sıraya yüksəlib.
