Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargah Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin nəticələrini açıqlayıb.
ETSN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, monitorinqin saat 21:00-a olan nəticələrinə əsasən sürüşmə ərazisində gərginlik qalmaqdadır.
Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Lakin ara-sıra uçqunlar müşahidə edilir.
Milli.Az