İngiltərənin Mançester şəhərində yaşayan 28 yaşlı Pol çox qorxub. Onu qorrxudan səbəb isə evindəki kabuslardır. Hər halda Pol belə iddia edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, iki il əvvəl aldığı mənzildə poltergeyst olduğunu iddia edir.
Dediyinə görə, iki videoçəkilişdən ibarət sübutları da var.
Videolardan biri Polun nənəsi Paula dünyasını dəyişdiyi gündən iki sutka sonra, gecə saatlarında çəkilib. Mətbəxdəki kamera paltaryuyan maşınla soyuducunun qapılarının özbaşına açılıb-örtüldüyünü əks etdirib.
Digər videoda isə mətbəxdə və dəhlizdə olan əşyalar qəflətən hərəkət edirlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: