İctimai nəqliyyatda sərnişinlərin cibinə girən şəxs tutulub. Polis onu bir qadının şikayəti əsasında əməliyyat keçirib və saxlayıb. Məlum olub ki, saxlanılan şəxs əvvəllər də eyni əməlinə görə bir dəfə məhkum edilib.

Avtobusda sıxlıqdan istifadə edərək cibgirliklə məşğul olan şəxs tutulub.

Hadisə paytaxtın Xətai rayonunda baş verib. Bir qadın rayon polis idarəsinə məlumat verib ki, avtobusda olarkən portmanatı oğurlanıb. Əməliyyat axtarış tədbirlərinə başlayan polis Bakı şəhər sakini Elnur Hüseynovu saxlayıb. Araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda qadının çantasından içində 50 manat pul olan portmanatını oğurladığı məlum olub.

Saxlanılan şəxs ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlik etməsini etiraf edib.

Qeyd edək ki, Elnur Hüseynov metrostansiyalarda cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis onun bənzər cinayətlərinin çox olmasını istisina etmir.

Milli.Az