Həyətdə zibillik o qədər çoxalıb ki , iri siçovulların məskəninə çevrilib. Binada qazın olmaması eləcə də təmir işlərinin yarımçıq qalması sakinlərin ciddi narazılığına səbəb olub. SöhbətBakınınGülarə Qədirbəyova küçəsində yerləşən yeni inşa edilən binadan gedir.
Həyətdə zibilliklər üst-üstə qalanıb, binada qaz yoxdur və kanalizasiya suyu bloka axır.
Görüntülər Paytaxtın Nərimanov rayonunda yerləşən Gülarə Qədirbəyova küçəsindəki 14, 16 və 18 saylı binalardandır. Binanın sakinləri deyir ki,"Sveethause MTK"-dan 2011-ci ildə ev alsalar da burdakı mənzərə necə illərdir ki, dəyişməyib.Binada qaz olmadığına görə sakinlər elektrik enerjisinə görə daha çox pul ödəyirlər.
Üstəlikbinanın həyətindəki elektriknaqilləri açıq şəkildə -heç bir təhlükəsizlik tələbinə riayət edilmədən saxlanılır.
Binanın azyaşlı sakini Rüfət Nəsrullayev bildirir ki, ərazidə zibillikdə o qədər siçovul var ki, onlar hətta həyətdə oynamağa da qorxurlar.
Məsələ ilə tikinti şirkətinin rəhbəri olan İmdad Dursunovla əlaqə saxladıq. O, sakinlərin iddialarının doğru olmadığını və problemlərin qısa zamanda aradan qaldırılacağını bildirdi.
Sakinlər mövcudproblemlərin qısabir zamandahəll ediləcəyini ümid edirlər..
Milli.Az