ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə naziri Ceyms Mettisin istefaya göndərilməsini istisna etməyib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Amerika lideri CBS telekanalında yayımlanan "60 dəqiqə" verilişinə verdiyi müsahibəsində bildirib.
"Ola bilsin ki, Mettis gedəcək. Düzünü bilmək istəyirsinizsə, düşünürəm ki, o, bir növ demokratdır", - Tramp deyib.
Prezident əlavə edib ki, general Mettis yaxşı insandır və onlar bir-birini yaxşı anlayırlar.
Milli.Az