Gəncə şəhərində silsilə oğurluq hadisələri baş verib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, şəhərin Nizami rayonunda 5 nəfərin mobil telefonları və pulu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Həsrət Fərəcov saxlanılıb.
Milli.Az