Hindistanın Mumbai şəhərində 12 gün ərzində "donuz qripi"ndən ölənlərin sayı 56-ya çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "donuz qripi" kimi tanınan H1N1 virusuna yoluxaraq müalicə altında olan 51 nəfərin vəziyyəti ağırdır.

Cari ilin yanvarından bu yana "donuz qripi"ndən həlak olanların sayının 90-dan çox olduğu deyilir.

Hindistan Səhiyyə Nazirliyi əhalini gigiyenik qaydalara əməl etməyə çağırıb. Nazirlik bir çox bölgədə qabaqlayıcı tədbir kimi mindən çox evi dərmanlayıb.

Milli.Az