Dünən Londonda Britaniya kraliçası, 92 yaşlı 2-ci Yelizavetanın nəvəsi, şahzadə Yevgeniya ilə iş adamı Cek Bruksbenkin toyu olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 30 yaşlı Ceklə 28 yaşlı Yevgeniyanın toyunun fəxri qonaqları arasında şahzadə Harri də vardı.
37 yaşlı xanımı, Sasseks hersoginyası Meqan Marklla avtomobildən düşən şahzadə Harri ayaqqabıları ilə reportyorların diqqətini cəlb edib.
Səbəb 34 yaşlı şahzadə Harrinin ayaqqabılarının köhnə və yırtıq olması idi.
Britaniya mediası şahzadəni ələ salaraq yazır: "Görünür, şahzadə Harrinin işləri o qədər çox, vaxtı o qədər azdır ki, çəkməçinin yanına gedərək ayaqqabılarının altlıqlarını yamatmağa vaxt tapmır".
Milli.Az