Bakının Badamdar qəsəbəsində baş verən sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Bu barədə Publika.az-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O, qeyd edib ki, nazirliyin əməkdaşları hadisə yerindədir və ərazini daim nəzarətdə saxlayırlar: "ETSN tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Qeyd edək ki, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.