Meksikanın Monterrey şəhərində ticarət mərkəzi yerləşən bina çöküb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, xilasetmə komandaları tərəfindən üç mərtəbəli ticarət mərkəzinin çöküntüsü altında qalmış 9 işçi axtarılır. Axtarış, xilasetmə işlərinə 150 nəfər qatılıb.
Vəzifəli şəxs Genaro Garcia 15 işçinin də yaralandığını bildirib.