Günün iyrənc xəbəri ABŞ-dan gəlib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Tennessi ştatında iki nəfər 9 aylıq körpəni zorlayıb.

19 yaşlı Isiah Dequan Hayes və 22 yaşlı Daireus Jumare Ice 9 aylıq qızı zorlayıb, həmin anları videoya çəkiblər.

Cinayətin üstü video yayıldıqdan sonra açılıb. Belə ki, qızının videosunu görən ana dəhşətə gəlib. O, videodakı oğlanı Facebook vasitəsi ilə tapıb, polisə şikayət edib.

Məlum olub ki, videonu Ice çəkib, Hayes isə qızı zorlayıb.

Onların hər iki polis tərəfindən saxlanılıb və Şelbi həbsxanasına göndəriliblər.

Fuad
Milli.Az