Çuvaşiya Respublikasında ağır yol qəzası baş verib.
Metbuat.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, sərnişin avtobusu yük maşını ilə toqquşub. Nəticədə 12 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hazırda hadisə yerinə 7 təcili yardım briqadası göndərilib.
Xilasedicilər avtobusda sıxılıb qalmış 2 nəfərin çıxarılmasına çalışır.