Dünyada ən məşhur kriptovalyuta olan bitkoin ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, bitkoinin qiyməti 11 oktyabr saat 10:21-da 6.229 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 3.9% ucuzlaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
