Şəxsi həyatını çox vaxt mediadan gizlədən müğənni Enrike İqlesias ilk dəfə səmimi açıqlamalar verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı ötən ilin dekabrında əkiz övlad dünyaya gətirən sevgilisi Anna Kunikova haqda danışıb. O, "Uşaqlar sizin münasibətiniz soyumağına səbəb olmayıb ki" sualına belə cavab verib:
"Xeyr, əksinə. Əgər biz əvvəllər sekslə az məşğul olurduqsa, indi daha çox məşğul oluruq. Təbii ki, biz ideal cütlük deyilik, amma hər şey yaxşıdır".
Enrike keçmiş tennisçi Annanın övladlarına yaxşı baxdığını da söyləyib. O, konsertlərə getdiyi zaman arxayın oluğunu bildirib. Bununla belə, İqlesias daha çox əkizlərinə vaxt ayırmaq üçün başqa işlər haqda da düşündüyünü vurğulayıb.
Milli.Az