"Liverpool"un çalışdırıcısı Yurqen Kloppun Millətlər liqasını "futbolun ən mənasız turniri" adlandırmasına Almaniya millisinin baş məşqçisi Yoahim Löv reaksiya verib.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "alman maşını"nın təcrübəli mütəxəssisi turnirin milli komandalar üçün faydalı olduğunu qeyd edib: "Bəzi klub məşqçiləri Millətlər liqasını xoşlamır. Çünki "Liverpool", "Bayern Munchen", "Manchester City" kimi klubların əsas futboçuları millinin düşərgəsinə yollanmalı olur. Klub məşqçiləri bu zaman normal işləmək imkanını itirir.
Hesab edirəm ki, Millətlər Liqası yaxşı düşünülüb. Dünyanın ən yaxşı milli komandaları ilə qarşılaşmaq hamı üçün faydalıdır".
Milli.Az