Dünyada ən məşhur kriptovalyuta olan bitkoin ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bitkoinin qiyməti 10 oktyabr saat 09:49-da 6.551 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 1.4% ucuzlaşıb.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.