"Azərbaycana turistlərin daha çox cəlb edilməsi və ölkənin turizm baxımından cəlbediciliyini artırmaq məqsədilə ciddi işlər görülür. Qısa zamandan sonra planlaşdırılan bəzi işlərin gerçəkləşdirilməsinə başlanılacaq". 

Bu barədə Milli.Az-a Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, ən önəmli hadisə əvvəlcə, oktyabrın 18-də Azərbaycanın yeni turizm brendinin təntənəli təqdimat mərasiminin keçirilməsi olacaq: "Bu, çox böyük bir hadisə olacaq. Təqdimat Bakıda böyük turizm sammiti çərçivəsində baş tutacaq. Təqdim olunacaq yeni brend strateji yol xəritəsi əsasında hazırlanıb. Orada Azərbaycanın yeni turizm brendi və strategiyası nümayiş etdiriləcək. Daha sonra isə noyabrda yeni brendimiz Londonda beynəlxalq turizm sərgisində tədim olunacaq. Qeyd edim ki, Azərbaycanın yeni turizm brendi Agentliyin sifarişi ilə dünyada bu sahədə ixtisaslaşmış ən iri və nüfuzlu şirkətlərdən biri tərəfindən hazırlanıb".

Azərbaycanda turistlər üçün yeni növ məlumat köşkləri yaradılacaq