İsveçrənin Vidostern gölündə vikinqlərə məxsus 1500 il tarixi olan qılınc və 3-cü əsrə məxsus yaxalıq bəzəyi daxil olmaqla qədim artefaktlar aşkar olunmuşdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, taxtadan və dəridən hazırlanmış qılıncı və xəncəri 8 yaşlı qız və onun atası Endi Veneçek aşkar edib. O, evinin yaxınlığında su həddinin aşağı olduğu haqda yaxından ötən qayıqları xəbərdar etmək üçün quraşdıqdığı xəbərdarlıq işarəsini yerləşdirərkən, xəzinəni aşkar etmişdir. İsti havalardan göl dayazlaşmışdır. Bu da qədim əşyaların aşkar olmasına kömək edib.

Bildirildiyi kimi, silahlar dəmir əsrində hazırlanmışdır. Onların 1000-1500 yaşı olması qeyd olunur. Onlar hələ vikinq dövrü başlamamış, eramızdan əvvəl 793-cü ildə hazırlanmışdır. Arxeoloqlar göldə axtarışı davam edərək, digər artefaktları aşkar ediblər.

Milli.Az