Qırmızı kələmin faydaları olduqca çoxdur. Bilindiyi kimi bənövşəyi rəngli qidaların faydalarını mütəxəssislər hər fürsətdə vurğulayır. Bədəninizi bütün mənfi təsirlərdən təmizləyəcək və immuniteti qoruyacaq bir qida axtarırsınızsa, ən ağıllı qida qırmızı kələmdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, K vitamini və antosianin baxımından kələmin zəngindir. Bu da beyin funksiyalarının işlək halda olmasını təmin edir.

- Olduqca aşağı kalorili olan bu qida kökəlməyi problem edənlərin seçdiyi qidadır.

- Lif baxımından zəngin olması da qırmızı kələm pəhrizdə olanlar üçün ideal bir qidadır.

- Elm adamlarının araşdırmalarına görə qırmızı kələmi çox istehlak edənlərin mədə, ağciyər, dəri və qalın bağırsaq xərçənginə tutulma ehtimalı, yeməyən kəslərə görə daha aşağıdır.

- Qırmızı kələmin bir faydası da toksinlərin bədəndən atılmasını sürətləndirməsidir. Bilindiyi kimi toksinlər, revmatizm, artrit, dəri xəstəliklərinə səbəb olur.

- İmmunitetə birbaşa təsir edərək immun sistemini gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

- Damarları genişlədərək qan dövranını rahatlaşdırır. Bu sayədə insanı ürək xəstəliklərdən və koronar xəstəliklərdən qoruyur.

- Bəlğəmi təmizləyən xüsusiyyəti var. Qırmızı kələmin bir faydası da yumşaldıcı və həzm etdirici xüsusiyyətinin olmasıdır.

- Kələmin toxumu bağırsaq qurdunu təmizləyir.

- Bol miqdarda ehtiva etdiyi antioksidant maddə sayəsində katarakt və iflic keçirmə riskini ən aşağı səviyyəyə endirir.

Milli.Az