Rusiyanın Orlov vilayətində tramvay qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, xətdən çıxan tramvay piyada zolağında olan insanların üzərinə hərəkət edib.

Qəza nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları hadisənin hansı səbəbdən baş verməsini araşdırırlar.

Milli.Az