Dağıstanda keçirilən hərbi təlimlər zamanı 2 nəfər ölüb.
Milli.Az xəbər verir ki, bu barədə report "İnterfaks"a istinadən xəbər verir.
İlkin məlumatlara görə, dünən Dağıstanda Xəzər dənizində keçirilən hərbi təlimlərdə zirehli transportyor (ZTR) batıb. Əldə olunan məlumatlara görə, 2 hərbçi ölüb.
Ölənlərdən birinin meyiti tapılıb, ikincinin axtarış davam edir.
Milli.Az