Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə ikinci böyük fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Respublika partiyasının 50 mandatı, Tsarukyanla Paşinyanın - 40. "Daşnaksütün" fraksiyasının 7 mandatı var.
İmzalanmış memoranduma əsasən, Paşinyanın istefasından sonra "Çiçəklənən Ermənistan" fraksiyası baş nazir postuna namizəd irəli sürməyəcək və digər namizədi dəstəkləməyəcək.
Milli.Az