Rusiyada tanınmış futbolçular dövlət məmurunu döyüblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Moskvada baş verib.

"Zenit" klubunun hücumçusu Aleksandr Kokorin və "Krasnodar" klubunun yarımmüdafiəçisi Pavel Mamayev kafelərin birində dava salıblar.

Personalın tələbinə məhəl qoymayaraq yüksək səslə danışan futbolçulara kafenin daimi müştərilərdən biri irad bildirib. Buna cavab olaraq onlar həmin adamı döyüblər.

Məlum olub ki, döyülən şəxs Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakdır.

Milli.Az