Kürdəmir rayonunda 21 yaşlı gənci avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, rayonun Muradxan kənd sakini, 1997-ci il təvəllüdlü Arif İsmayıl oğlu Mahmudovu yolu keçmək istəyərkən "VAZ-21015" markalı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 7-də isə Rusiya vətəndaşlarının içərisində olduğu avtomobil Kürdəmir rayonunda qəzaya uğramışdı.