Neftçala rayonunda "Daewoo" markalı minik avtomobili yanıb.

Publika.az FHN-ə istinadən xəbər vrir ki, minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.