İsmayıllıda evdən silah-sursat və narkotik vasitə aşkarlanıb.

Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müdürsə kənd sakini Səməd Babayevin evindən 53,93 qram marixuana, müvafiq sənədləri olmayan “TOZ-63”, “Magnum” və “İJ-16” markalı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.