Türkiyə kəşfiyyatı səudiyyəli jurnalist Camal Xaşkacinin itməsi məsələsini aydınlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bu məsələnin hazırda şəxsən nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Lakin bundan sonra onun harada olduğu barədə məlumat yoxdur.

Milli.Az