Ötən gün NATO-nun Litvanın Pabrade şəhər poliqonunda keçirilən təlimləri zamanı qurumun toplu batalyonunun alman hərbçisi həyatını itirib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bədbəxt hadisə hərbçinin idarə etdiyi zirehli nəqliyyat vasitəsinin ağacla toqquşması nəticəsində baş verib", - deyə nazirliyin saytına yerləşdirilən məlumatda bildirilir.

Almaniyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az