İrəvanın mərkəzi restoranlarından birində öldürülən eks-deputat Karo Karapetyanın qatilinin kimliyinə aydınlıq gəlib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, eks-deputatın qətlə yetirildiyi "Pietro-Beretta" markalı silahın daha bir eks-deputat Arutyun Qaragözyana məxsus olduğu bildirilib. Silah 2001-ci ildə Ermənistanın o vaxtkı baş nazirinin qərarı ilə Qaragözyana verilib.
Bu gün İrəvanın Davitaşen rayonunun ikinci kvartalında Arutyun Qaragözyanın özünün də cəsədi tapılıb. Eks-deputatın intihar etdiyi bildirilib.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az