Moldovanın paytaxtı Kişinyov şəhərində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində 8 nəfər həlak olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "SputnikMoldova" informasiya yayıb.

Məlumata görə, partlayış nəticəsində binanın 15, 16 və 17-ci mərtəbələri dağılıb. Yaralıların dəqiq sayı açıqlanmayıb.

Milli.Az