Qlobal istiləşmə səbəbi ilə Böyük Britaniya paytaxtı daşqınlar təhlükəsi ilə üz-üzə qalacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Xristian yardımı" təşkilatının məruzəsində bildirilir.
Ekspertlərin rəyinə əsasən, ABŞ-ın Hyuston, Tailandın Banqkok və Çinin Şanxay şəhərləri də daşqınlara məruz qalacaq.
Qlobal istiləşmədən sonra dəniz suyunun səviyyəsinin ən azından 40 santimetr artacağı ehtimal olunur.
Milli.Az