Aktrisa Şükran Ovalı həyat yoldaşı Caner Erkinlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, o, Canerin fotosunu yayımlayaraq bu sözləri yazıb:

"Yaxşı ki, tanımışam sənin böyük ürəyini. Səni tanıyanlar bilir ki, gülmək, güldürmək sənin işindir. Gülüşün heç vaxt əskik olmasın. Biz ailə olduq. Sənə çox aşiqəm. Ürəyindən keçən hər şey gerçəkləşsin".

Qeyd edək ki, bir neçə ay əvvəl ikilinin qızı dünyaya gəlib. 

Milli.Az