Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 15 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililəryanğından mühafizə olunub.
Oxşar hadisə Samux rayonunda da qeydə alınıb. Çobanabdallı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.