Bir neçə gün əvvəl model Burcu Esmersoyun həyat yoldaşı ilə birgə yeni evə köçdüyü və evin aylığının 14 min türk lirəsi (Təxminən 3900 AZN) olduğu haqda xəbərlər yayılıb.

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, ötən gün kameraların hədəfinə tuş gələn Burcu bu barədə açıqlama verib:

"Dördmərtəbəli villaya 14 min lirə ödədiyim haqda xəbərlər yayılıb. Belə məlumatın yayıldığı üçün narahatm. Maddi məsələlər haqda danışmağı sevmirəm, amma bir evə o qədər pul ödəyəcək qədər dəli olmamışam".

Milli.Az