Sevgilisi Seçkin Özdemirdən yeni ayrılan Demet Özdemir "Erkenci kuş"dakı tərəf müqabili Can Yaman haqda müsahibə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa açıqlamasında bu sözləri deyib:

"Canı əvvəl tanımırdım. Çox enerjilidir. Xüsusilə komediya filmlərində kişilər heç vaxt zarafatcıl tərəf olmur. Amma Can belə deyil, onun həqiqi bir ruhu var".

Bunun ardınca Can Demetin sözlərini İnstaqram hesabında paylaşaraq bu cavabı verib:

"Demetə bu sözlərinə görə çox təşəkkür edirəm.Yaxşı ki, səninlə işləmək fürsətim olub".

İkilinin səmimi paylaşımları və bu açıqlamaları onların sevgili olduğu şübhəsini daha da artırıb.

Milli.Az