Yevlax şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhərin Füzuli küçəsində yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Məmmədov Qədir Məmməd oğlunu maşın vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az